Kiyevdə məhkəmənin qarşısında güllələnən gürcüstanlı “kriminal avtoritet” öldü
27.11.2021 11:09
13141
Kriminal
A
Kiyevdə məhkəmənin qarşısında güllələnən gürcüstanlı “kriminal avtoritet” öldü

Noyabrın 16-da Kiyev məhkəməsinin həyətində silahlı şəxslərin hücumuna məruz qalan əslən gürcüstanlı "kriminal avtoritet” İrakli Malaniya ötən gecə klinikada dünyasını dəyişib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, İ.Malaniya 10 gün xəstəxananın reanimasiya şöbəsində qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

10 güllə yarası alan gürcüstanlı kriminal "kriminal avtoritet" digər müttəhimlərlə birlikdə 16 noyabr tarixində Ukraynanın paytaxtı Kiyevdəki məhkəmənin qarşısında güllələnib.

Məlumat üçün bildirək ki, Ukrayna hüquq-mühafizə orqanları İ.Malaniyanı qəsb, adam oğurluğu və qətldə ittiham edir.

ŞƏRH YAZ
2