Hökumət
27.11.2021 13:51
876
Sağlamlıq
A
Hökumət "Yaşıl pasportla" bağlı MƏLUMAT YAYIR

Gürcüstan hökuməti “yaşıl pasport”la bağlı məlumat yayır.

Aktual.ge xəbərə verir ki, hökumət vətəndaşların mobil telefonlarına "Yaşıl pasportla" əlaqəli məlumat verici SMS-lər göndərir.

“Hörmətli vətəndaşlar, dekabrın 1-dən qondarma "Yaşıl pasport" tətbiq olunur. Nəzərə alın ki, müxtəlif obyektlərə baş çəkərkən “Yaşıl pasport”un təqdim edilməsi zəruri olacaq. Yaşıl pasport ictimai nəqliyyatda və mağazalarda tələb olunmayacaq.

“Yaşıl pasport”un təqdim edilməsi tələbi 18 yaşdan yuxarı vətəndaşlara şamil olunacaq. Əlavə məlumatı 15-22 qaynar xəttinə zəng etməklə və ya provax.ge saytında əldə etmək olar”, - deyə qeyd olunub.

ŞƏRH YAZ
14