Polşa-Belarus sərhədində 6 nəfər Gürcüstan vətəndaşı saxlanılıb
27.11.2021 17:08
587
Siyasət
A
Polşa-Belarus sərhədində 6 nəfər Gürcüstan vətəndaşı saxlanılıb

Polşa-Belarus sərhədində Gürcüstanın 6 vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidmətindən bildirilib.

Həmin şəxslər miqrantların sərhədi qanunsuz keçmələrinə kömək göstəriblər.

Xidmətdən qeyd olunub ki, ötən gün sərhədi 206 qanunsuz keçmə cəhdinin qarşısı alınıb, 100-dən çox miqrant Polşa sərhədçilərinə hücum edib. İnsident zamanı iki sərhədçi xəsarət alıb.

ŞƏRH YAZ
4