Gürcüstan Azərbaycan və Ermənistan ilə üçtərəfli dialoq platforması yaratmağa hazırdır
02.12.2021 16:36
259
Dünya
A
Gürcüstan Azərbaycan və Ermənistan ilə üçtərəfli dialoq platforması yaratmağa hazırdır

"Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Gürcüstan Cənubi Qafqaz regionunda sülh və inkişafı təşviq edir".

Aktual.ge məlumat verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

“Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli dialoq platformasının yaradılması üzrə yeni təşəbbüs irəli sürürük. Gürcüstan müxtəlif formalı üçtərəfli görüşlərə ev sahibi olmağa hazırdır”, - diplomat əlavə edib.

D.Zalkaliani həmçinin Gürcüstanın Baş nazirinin BMT Baş Assambleyasının sentyabr ayında keçirilmiş iclası zamanı dinc qonşuluq təşəbbüsü ilə də çıxış etdiyini xatırladıb.

ŞƏRH YAZ
2