Marneulidə vəzifə davası: Sədr müavini kim olacaq? - SENSASİYA/EKSKLÜZİV
02.12.2021 23:33
2422
Siyasət
A
Marneulidə vəzifə davası: Sədr müavini kim olacaq? - SENSASİYA/EKSKLÜZİV

Marneuli Bələdiyyə Məclisinin ("Sakrebulo") sədr müavinliyi postu üzərində "Gürcü Arzusu"nun regional simaları dava edir.  

Aktual.ge-nin əldə etdiyi eksklüziv məlumatlara görə, 3 dekabr tarixində Bələdiyyə Məclisinin ilk iclası keçiriləcək və çoxluq tərəfindən hakim partiyanın Marneuli seçki qərargahının rəhbəri Amiran Giorgadze dəstəklənəcək və o, yenə də Sakrebulodaki kreslosunda əyləşəcək.

Mediamızın etibarlı mənbələrdən əldə etdiyi eksklüziv məlumata əsasən, həftələrdir Marneuli Bələdiyyə Məclisinin sədrinə müavin olacaq fiqurun üzərində qalmaqal höküm sürür. Hakim partiyanın regiondaki aparıcı simaları bir türlü razılığa gələ bilmirlər. Sözügedən vəzifəyə fərqli nöqtlərdən dəstəklənən namizədlər Marneuli majoritar deputatı Tariyel Məmmədov, Sadaxlı Ərazi Birliyinin majoritarı deputatı Rövşən İskəndərov və siyahının ikincisi Adil Əliyevdir.

2021 yerli seçkilərdən tam 1 ay ötsə də, Marneuli Bələdiyyə Məclisi hələ də, fəaliyyətinə başlaya bilməyib. Bir həftə bundan əvvəl baş tutmalı olan Bələdiyyənin ilk iclası 3 dekabr tarixinə ötürülüb. Ehtimal ki, buna səbəb daxildə olan sensasiyadır. 

"Hazırki mərhələdə Marneuli Bələdiyyə Məclisinin sədrinin müavini vəzifəsi üzərində dava gedir. Əslində seçkilərdən əvvəl belə anlaşılmışdı ki, "Sakrebulo" müavinliyi postunda Ədil Əliyev olacaq. Deputatların bir çoxu da məhz onu dəstəkləyir. Amma bu durumdan çox ciddi narahat olanlar var - Savalan Mirzəyev və Zaur Darğallı. Onlar bu vəzifədə Ceyhun Çovdarovu görmək istəyirdilər, ancaq bu alınmadı. Daha sonra Tariyel Məmmədovu dəstəkləməyə başladılar. Rövşən İskəndərov faktoruda var idi ancaq o, öz istəyi ilə geri çəkildi",-Aktual.ge-yə danışan etibarlı mənbə əlavə edib:

"Hətta pərdə arxası müzakirələr zamanı "Sakrebulo" sədrinin müavini vəzifəsinə Adil Əliyevin namizədliyi irəli sürülüb. Bu zaman isə açıq şəkildə Zaur Darğallı etiraz edib və zalı tərk edib".

Mövcud məlumata görə, bundan əlavə sözügedən posta Kürdlər və Qullar ərazi birliyinin majoritar deputatı Omar İrişovda həvəsli imiş, razılıq əldə edə bilməyib və o, fraksiya sədrinin müavini olacaq. Mənbənin dediyinə görə, "Sakrebulo"nun üzvü Anar Piriyev də bələdiyyə binasında əlavə vəzifə və ofis istəyir, fəqət onun bu arzusunun nə dərəcə də, reallaşacağı hələki məlum deyil.

Aktual.ge-nin sualını cavablandıran Tariyel Məmmədov "Sakrebulo" sədrinə müavin olacağı məlumatı nə təsdiq edib, nə də təkzib.

Məlumat üçün bildirək ki, 3 dekabr, saat 11:30 Marneuli Bələdiyyə Məclisinin ilk iclası olacaq və burada sədr eləcə də, sədr müavini seçiləcək.

ŞƏRH YAZ
13