07.12.2021 21:40
509
Din
A
"Əmin" Xeyriyyə Fondunun yardım etdiyi uşaqları sayı 100 nəfərə çatdı

"İki ildən çoxdur ki, 'Əmin' Valideyn Himayəsindən Məhrum Ehtiyaclı Uşaqlara Yardım Fondu' atasız uşaqlara hər ay (hər uşağa 50 lari məbləğində) yardım edir.

Aktual.ge xəbər verir ki, bu barədə sözügedən fondun Mahir Məmmədov bildirib ki, artıq 29 aydır ki, fond öz fəaliyyətini davam edir və bu aylar ərzində üzv olan yardımsevər vətəndaşlarında sayı artıb.

"Fondumuzun 200-ə yaxın xeyirxah üzvləri (aylıq ən azı 20 lari məbləğində yardımları) sayəsində artıq 100 nəfər valideyn himayəsindən məhrum ehtiyaclı uşaqlara yardım verilir. Yardım alan uşaqlar  Marneuli, Bolnisi, Dmanisi, Batumi, Kaspi, Qardabani, Rustavi, Laqodexi, Qaraçöpdə və digər bölgələrdəndir. Allah hərbirindən razı olsun",-deyə o, qeyd edib.

M.Məmmədov növbədə gözləyən himayədarlığa ehtiyacı olan uşaqların olduğunu qeyd edərək, müsəlmanları "Əmin" fonduna üzv olmağa çağırıb.

 

 

ŞƏRH YAZ
0