Dekabrın 17-də Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftiləri Hacı Adam Şantadze və Hacı Etibar Eminov Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanlığının sədri professor Əli Erbaşın dəvəti ilə Artvin Çorum Universitetində məscidin açılış mərasimində iştirak edib.
Aktual.ge xəbər verir ki, Cümə namazından sonra Gürcüstan müftiləri Ə.Erbaş ilə bir araya gəlib və GMİ ilə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanlığının arasında əməkdaşlıqdan danışıb və gələcəkdə də əlaqələri inkişaf etdirməyə hazır olduqlarını vurğulayıblar.
Görüşdə Türkiyənin Gürcüstandaki səfirliyinin dini məsələlər üzrə müşaviri Əhməd Ərdəm, GMİ-nin fətva şöbəsinin müdiri Rezo Mikeladze və Diyanət İşləri və Müsəlmanlar İdarəsinin digər nümayəndələri də iştirak ediblər.