Parlamentin sədri istefasının səbəbini açıqladı
24.12.2021 19:29
983
Siyasət
A
Parlamentin sədri istefasının səbəbini açıqladı

Gürcüstan parlamentinin keçmiş sədri Kaxa Kuçava istefasının səbəblərindən danışıb və bu məsələnin bir aydır hakim komanda ilə müzakirə edildiyini açıqlayıb.

Aktual.ge xəbər verir ki, o, hakim "Gürcü Arzusu"nun mərkəzi qərargahında keçirilən brifinqədə istefa verməsinin səbəblərini izah edib.

K.Kuçava hakim partiyanın siyasi şurasında qalacağını və mühüm layihələr üzərində işləməyə davam edəcəyini bildirib.

“Mən həmişə demişəm və təkrar edəcəyəm: Parlament ölkə üçün ən vacib qərarların qəbul edilməli olduğu yeganə yerdir. Çətin dövrlərdən keçdik. Mən hamı üçün sədr olmağa çalışdım, düşünürəm ki, buna əsasən nail oldum”, - deyə K.Kuçava qeyd edib.

 

ŞƏRH YAZ
0