Qızılhacılı Məscidi imkansız ailələri sevindirdi - FOTO
26.12.2021 00:14
671
Din
A
Qızılhacılı Məscidi imkansız ailələri sevindirdi - FOTO

"Hər il olduğu kimi bu ildə əlamətdar gün olan Hz. İsanın (ə) miladı münasibətilə məscidimiz aztəminatlı ailələri ziyaret edərək onlara bayram paketləri təqdim etdi".

Aktual.ge xəbər verir ki, bu barədə Qızılhacılı İmam Həsən (ə.s) Məscidinin "Facebook" səhifəsində məlumat verilib.

Qeyd olunub ki, 40 ailə üçün üçün nəzərdə tutulan hədiyyə qutularında - ət məhsulu, meyvə növbləri, şirin sular, şirniyyatlar və digər lazımi ərzaqlar yer alıb.

Bildirilib ki, 40 imkansız ailə üçün verilmiş yardımda ümumi olaraq 6 min lari xərclənib. 

"Damla-damla toplanan infaqlarda payı olan hər kəsin ruzisinə Allahdan bolluq diləyirik",-məlumatda deyilir.

ŞƏRH YAZ
0