Parlamentin sədri Saakaşvilinin məhkəmədəki çıxışına belə reaksiya verdi
14.01.2022 17:14
606
Siyasət
A
Parlamentin sədri Saakaşvilinin məhkəmədəki çıxışına belə reaksiya verdi

"Bəzi opponentlərin və ya təşkilatların bir qurum kimi məhkəməyə hücum etməsi kədərli bir ənənədir və hətta daha aşağı səviyyə ayrı-ayrı hakimə hücumdur və bu, bu ölkənin prezidenti olmuş şəxs tərəfindən qəbuledilməzdir".

Aktual.ge məlumat verir ki, bu sözlərlə Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin dünənki məhkəmə prosesində hakimin əleyhinə verdiyi ifadəyə cavab verib.

Spikerin sözlərinə görə, bu cür bəyanatlar cəmiyyətdə gərginlik və aqressiv təzahürlərə səbəb olur.

“Hətta insanlara qarşı şifahi hücum demokratik prosesdə qeyri-müəyyənlikdir və insan ləyaqətinin tapdalanmasına çağırışdır. Siyasətçilərin və ya ictimai fəalların bu cür çağırışları tərəfdarlarını eyni şəkildə reaksiya verməyə ruhlandırır, bu, cəmiyyətdə təzyiqin yüksəlməsi və müxtəlif aqressiv təzahürlərlə nəticələnən ağır çağırışdır", - Ş.Papuaşvili qeyd edib.

O, Saakaşvilinin mitinq çağırışına da münasibət bildirib və qeyd edib ki, buna ən yaxşı cavab xalqın reaksiyasıdır.

"Ölkəmizdə hər bir insanın çağırış etmək hüququ var və Gürcüstan xalqının da bu çağırışa cavab vermək hüququ var. Biz Gürcüstan xalqının küçələrdə edilən çağırışlara reaksiyasını görürük. Ən yaxşı təhlil isə həmin şəxslərin reaksiyasıdır. İnsanların, bu kimi çağrışlara reaksiyası neqativdir”, - deyib Ş.Papuaşvili.

Xatırladaq ki, 13 yanvar qanunsuz dövlət sərhədini keçməsi ittihamı ilə Mixail Saakaşvili məhkəməyə çıxarılıb. O, hakimi məhkəmədə sərt sözlərlə tənqid edib.

ŞƏRH YAZ
14