İran Prezidenti Kreml binasında namaz qılıb
19.01.2022 19:54
544
Siyasət
A
İran Prezidenti Kreml binasında namaz qılıb

İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra Kreml binasında axşam namazı qılıb.

Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentlik teleqram kanalında Rəisinin Kreml binasında xüsusi xalça üzərində namaz qıldığını əks etdirən foto yayıb.

Qeyd edək ki, İran prezidenti yanvarın 19-da Rusiyaya rəsmi səfərə gedib. Putinlə görüş iranlı siyasətçinin vəzifəyə başlamasından sonra Rusiya liderilə ilk görüşü olub. Yanvarın 20-də Rəisinin Moskvada Dövlət Dumasında və Kafedral kilsədə çıxışı planlaşdırılır. Daha sonra isə Moskva mərkəzi məscidində çıxış edəcəyi planlaşdırılır.

 

ŞƏRH YAZ
0