20 Yanvar faciəsindən 32 il ötür
20.01.2022 01:12
477
Dünya
A
20 Yanvar faciəsindən 32 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir.

Aktual.ge xatırladır ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günüdür.

Ənənəvi olaraq Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu bu ölkənin paytaxtı Baki şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, vətən uğrunda canından keçənləri ehtiramla yad edirlər.

Yanvarın 20-də Bakıda saat 12:00-də Azərbaycan ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

ŞƏRH YAZ
0