ÜST-dən
20.01.2022 01:37
584
Sağlamlıq
A
ÜST-dən "Omikron" barədə dünyaya XƏBƏRDARLIQ

Koronavirusun “Omikron” ştammının yayılmasından sonra COVID-19-un yeni variasiyaları yarana bilər.

Aktual.ge xəbər verir ki, bu barədə xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus keçirdiyi brifinqdə edib:

“Bu pandemiyanın bitməsinə hələ çox var və “Omikron”un bütün dünyada inanılmaz formada yayılması ilə yeni variantlar ortaya çıxa bilər”.

ÜST rəhbəri koronavirusun yeni ştammları ilə bağlı vəziyyətin monitorinqinin və qiymətləndirilməsinin müstəsna əhəmiyyətini qeyd edib.

Qebreyesus onu da vurğulayıb ki, “Omikron” orta hesabla özündən əvvəlki ştamlar qədər şiddətli olmasa da, onun yüngül xəstəlik olduğu fikri yanlışdır. O, “Omikron”a yoluxanların xəstəxanaya yerləşdirmə və ölüm hallarına da səbəb olduğuna diqqət çəkib.//Oxu

ŞƏRH YAZ
6