Saakaşvilinin müalicəsi nə yerdədir? - Ombudsman İZAH ETDİ
20.01.2022 01:42
543
Siyasət
A
Saakaşvilinin müalicəsi nə yerdədir? - Ombudsman İZAH ETDİ

"Mixail Saakaşvilinin müalicəsində heç bir ciddi dəyişiklik yoxdur, tövsiyələrimizə əməl edilmir".

Aktual.ge xəbər verir ki, bununla bağlı xalq müdafiəçisi Nino Lomcariyanın yaratdığı Həkimlər Şurasının yekun hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, Həkimlər Şurası Saakaşvili ilə 3 dəfə - noyabrın 23-ü, dekabrın 12-si və yanvarın 11-də görüşüb.

Onların fikrincə, sabiq prezidentin səhhətində heç bir ciddi dəyişiklik görülməyib:

"Müalicə metodologiyası ilə bağlı ciddi dəyişiklik edilməyib, əsasən dərman üsulu ilə müalicə davam etdirilir. Psixoloji və fiziki reabilitasiyanın zəruriliyi ilə bağlı noyabrın sonunda verdiyimiz tövsiyələr hələ də yerinə yetirilməyib. Həm müalicə metodologiyası, həm də xəstənin sağlamlıq vəziyyəti baxımından vəziyyət dəyişməyib. Hər üç ziyarətimizdə müalicə yanaşmaları baxımından ciddi dəyişikliklərin olmadığını gördüyümüz üçün yenidən ziyarət etmək fikrində deyilik".

ŞƏRH YAZ
7