Baş nazir Türkiyə səfiri Yazqan ilə görüşüb
20.01.2022 10:59
379
Siyasət
A
Baş nazir Türkiyə səfiri Yazqan ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Cümhuriyyətinin Tbilisidəki səfiri Fatma Ceren Yazqan ilə görüşüb.

Bununla bağlı Aktual.ge xəbər portalına Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətlərdəki müsbət dinamikadan danışılıb. Tərəflər arasında müzakirə olunan əsas məsələlərdən biri də Türkiyə bazarının açılması ilə Gürcüstanda medikamentlərin qiymətlərini xeyli aşağı salacaq yüksək keyfiyyətli GMP standartlı dərmanların tətbiqi olub.

Qeyd olunub ki, mövcud regional layihələr Gürcüstan və Türkiyə arasında səmərəli strateji əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın bariz nümunəsidir ki, bu da öz növbəsində ölkələrə daha çox iqtisadi müstəqillik, təhlükəsizlik və davamlılıq gətirəcək.

Baş nazir qeyd edib ki, qonşu ölkələrlə səmərəli regional əməkdaşlıq təhlükəsizlik, sabitlik və davamlı inkişaf yoludur.

Verilən məlumata görə, görüş zamanı tərəflər siyasi və iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqları bildirilib. Görüş zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasına diqqət yetirilib. Danışıqlarda Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Azad Ticarət Sazişinin həyata keçirilməsi istiqamətində atılacaq gələcək addımlar da müzakirə olunub. Qlobal pandemiyanın çağırışlarının aradan qaldırılmasında birgə səylərin böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib və Gürcüstan və Türkiyə arasında pandemiyaya qarşı sıx əməkdaşlığın gündəmdə qalacağına ümid edilib.

İ.Qaribaşvili Türkiyə tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə təşəkkür edib. Hökumət başçısı səfir F.C.Yazqanın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini ifadə edib.

ŞƏRH YAZ
0