Saakaşvilinin Gürcüstana girişində vasitəçi olan şəxslər sərbəst buraxılıb
20.01.2022 12:00
462
Siyasət
A
Saakaşvilinin Gürcüstana girişində vasitəçi olan şəxslər sərbəst buraxılıb

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin işi üzrə təqsirləndirilən şəxslər, Giorgi Narimanidze, Elquca Çomaia, Zurab və Şalva Cocoria girov qarşılığında məhkəmə zalından azadlığa buraxılıblar.

Aktual.ge xəbər verir ki, müvafiq qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Keratişvili verib.

Bugünkü məhkəmə iclasında müdafiə tərəfi təqsirləndirilən şəxslərlə razılaşaraq, ittiham tərəfinin təqdim etdiyi bütün sübutları birmənalı olaraq etiraf edib. Bundan sonra vəkillər məhbusların 5 min lari girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıblar.

Məlumat üçün bildirək ki, sözügedən şəxslər ağır cinayəti ört-basdır etməkdə ittiham olunurlar. Elguca Çomaia isə sərhədin qanunsuz keçilməsinə kömək etməkdə ittiham olunurdular və faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsinin ikinci hissəsi, 344-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi və Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi ilə istintaq aparılırdı.

ŞƏRH YAZ
1