Kateqoriyalar
2021-ci ildə Gürcüstanda malların xarici ticarət dövriyyəsi 14 milyon 315 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 25,6% çoxdur.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Beləliklə ixracat 4 milyon 242 min dollar dəyərində artdığı qeyd olunub.
Məlumata əsasən, 2021-ci ildə mənfi ticarət saldosu 5 milyon 831 min ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 40,7%-ini təşkil edir. Eyni zamanda İdarənin məlumatına görə, 2021-ci ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşının payı 69,5% təşkil edib.
Ölkənin ən böyük ticarət tərəfdaşları 2 milyon 145 min dollarla Türkiyə, 1 milyon 638 min dollarla Rusiya və 1 milyon 480 min dollarla Çindir.