Partiya sədri:
20.01.2022 14:18
502
Siyasət
A
Partiya sədri: " "Milli Hərəkat" və Qaxariya Partiyası koalisiyadadır"

" "Milli Hərəkat" və Qaxariyanın partiyası bir-biri ilə koalisiyadadır".

Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib.

Kobaxidzenin sözlərinə görə, koalisiya Calencixada Çxorocğu bələdiyyəsindən sonra yaradılıb.

“Artıq onları qınamaq lazım deyil, çünki ikinci bələdiyyədə birbaşa koalisiya yaradılıb. Birincisi Çxorotcğu, ikincisi Calencixa idi. Bu, bizim bələdiyyə seçkiləri öncəsi dediklərimizi şifrələyir. Onların arasında ittifaq yaranır və konkret bələdiyyələrdə koalisiya şəklində formalaşır. “Milli Hərəkat”la Qaxariyanın partiyasının bir-biri ilə koalisiyada olması heç kimə sirr deyil və onlar artıq açıq danışırlar və nəinki danışmaq, hətta müvafiq qərarlar da qəbul edirlər”, - deyə Kobaxidze bildirib.

ŞƏRH YAZ
13