Azərbaycanın təhsil naziri Marneuliyə gəldi - FOTO
21.02.2022 12:30
770
Mədəniyyət
A
Azərbaycanın təhsil naziri Marneuliyə gəldi - FOTO

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Marneulini ziyarət edib.

Aktual.ge məlumat verir ki, o, Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə GAİM) baş çəkib və buranın fəaliyyəti ilə tanış olub.

Nazirlə bərabər görüşdə Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.

E.Əmrullayev Marneulidə sözügedən təşkilatdan sonra "Çay Evi"ndə Kvemo Kartli bölgəsində fəaliyyət göstərən soydaş müəllimləri ilə görüş keçirəcək.

ŞƏRH YAZ
2