2020-ci il parlament seçkiləri bizə neçəyə başa gələcək?
15.09.2020 11:53
437
Siyasət
A
2020-ci il parlament seçkiləri bizə neçəyə başa gələcək?
Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il parlament seçkiləri üçün 42.760.652 lari xərcləyəcək. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanda 2020-ci il parlament seçkiləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin bölüşdürülməsi və istifadəsinə dair qərarda bildirilib. Büdcədən ayrılan 42,8 milyon laridən 19 531 295 lari maaşlara, 9 845 000 lari mal və xidmətlərin satın alınmasına, 424,133 lari sosial təminatlar, digər xərclər üçünsə 12.152.724 lari xərclənəcək. Bundan əlavə qeyri-maliyyə aktivlərinin böyüməsi üçün 807.500 lari nəzərdə tutulub. Cəmi 32.349.928 lari seçki fəaliyyətinə, 1.061.000 lari məmurların hazırlanmasına, 2.111.674 lari isə seçki subyektləri üçün televiziya reklam ödənişlərinə xərclənəcəkdir. Qeyd edək ki, reklam xərclərinin ödənilməsi ilə yanaşı, seçki subyektləri də 7 238 050 lari məbləğində maliyyə alacaqlar.
ŞƏRH YAZ
0