Bu il Ərbəin ziyarəti olacaq? - İraq rəsmisi açıqladı
16.09.2020 10:22
307
Din
A
Bu il Ərbəin ziyarəti olacaq? - İraq rəsmisi açıqladı
İmam Hüseynin (ə) Ərbəin Mərkəzi Qərargahının katibi Əhməd Məhəmmədifar İraqın xarici zəvvarları Ərbəinə qəbul edə bilmədiyinə görə rəsmi olaraq üzr istədiyini söyləyib. Aktual.ge Deyerler-ə istinadən xəbər verir ki, Əhməd Məhəmmədifar belə deyib: “Koronavirusun yayılmasından sonra İraq sərhədlərini bağladı və sərhədlərini bağlı saxlamağa davam edir. İraqa zəvvar qəbul edilmir və ticarət müəyyən məhdudiyyətlərlə icra olunur”. İmam Hüseynin (ə) Ərbəin Mərkəzi Qərargahının Ərbəin günü üçün vəziyyətin qəti və rəsmi olaraq təyin olunduğunu söyləyib. “İraq hökuməti rəsmi olaraq xarici zəvvarı Ərbəin ziyarətinə qəbul edə bilmədiyi üçün üzr istəyir, bu qərarı ilə Ərbəin məsələsini bağlayır və zəvvarlara ölkə sərhədlərini açmır”, - deyə o, bildirib. Məhəmmədifar İmam Hüseyn (ə) sevdalılarının bir hissəsinin sərhədlərə doğru hərəkət etməsindən danışaraq, belə deyib: “Zəvvarların sərhədi keçməsinə icazə verilmir və koronavirusun üçüncü dalğası səbəbindən hər hansı bir yürüş və toplantı, həmçinin sərhədlərə doğru hərəkət qadağandır. Bundan əlavə, İraq ölkəyə giriş icazəsi verməyib və Ərbəin üçün digər ölkələrdən zəvvar qəbul etməyəcək”. O, sözlərinin sonunda sərhədlərin bağlı olması və İraqdan gələn xarici zəvvarların imtina etməsi səbəbindən insanları sərhədlərə getməməyə çağırıb.
ŞƏRH YAZ
0