Gürcüstanda dollar və avro bahalaşıb - Lari dəyərini itirir
16.09.2020 10:29
461
İqtisadiyyat
A
Gürcüstanda dollar və avro bahalaşıb - Lari dəyərini itirir
Son günlər Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması tendensiyası müşahidə olunur. Aktual.ge məlumat verir ki, Gürcüstanın Milli Bankı sentyabrın 16-na 1 ABŞ dollarının dəyərini 3,1546 lari səviyyəsində müəyyən edib. Bugünkü məzənnə ilə müqayisədə ABŞ dollarının qiymətində 0,0238 lari bahalaşma qeydə alınıb. Gürcüstanda avronun da dəyəri artmağa başlayıb. Avro günlük müqayisədə 0,0343 lari artaraq 3,7521 lari təşkil edib.
ŞƏRH YAZ
3