Baş nazirdən bu biznes sektoruna ŞAD XƏBƏR
16.09.2020 11:28
613
İqtisadiyyat
A
Baş nazirdən bu biznes sektoruna ŞAD XƏBƏR
"Turizm sektorunun yanında olacağıq və müxtəlif proqramlar, vergilərin təxirə salınması və digər imtiyazlar vasitəsilə dəstəkləyəcəyik". Aktual.ge xəbər verir ki, bunu Baş nazir Giorgi Qaxaria, BMT Dünya Turizm Təşkilatının (UNWTO) İcra Heyətinin 112-ci iclasının açılışı zamanı çıxış edərkən söyləyib. Hökumət başçısının sözlərinə görə, Gürcüstan turizm sektoru mövcud rəqabət problemlərinin həlli baxımından liderlərdən biri olacaq və qlobal turizmdə aparıcı ölkələrdən birinə çevriləcək. “Qlobal pandemiyaya qarşı mübarizədə Gürcüstan əvvəlcədən vətəndaşlarının sağlamlığını, həyatını qorumaq və iqtisadiyyatı xilas etmək üçün iki əsas hədəf qoymuşdur. Turizm sektoru hökumətin anti-böhran planında aparıcı rol oynadı və qlobal turizm bərpa edilənə qədər də bu cür davam edəcək”, - deyə G.Qaxaria bildirib.
ŞƏRH YAZ
2