Bu ildə Marneulidə təntənəli Novruz bayramı şənliyi keçirilməyəcək - AÇIQLAMA
17.03.2022 14:40
688
Siyasət
A
Bu ildə Marneulidə təntənəli Novruz bayramı şənliyi keçirilməyəcək - AÇIQLAMA

Bu il 21 Mart Marneulidə keçiriləcək Novruz bayramı şənliyində müsiqi olmayacaq.

Bununla bağlı Aktual.ge xəbər portalına Marneuli Meriyasının mətbuat xidməti məlumat verib.

"Novruz bayramı şənliyinin musiqi hissəsi dünyada mövcud vəziyyətlə əlaqədar çıxarılıb. Qardaş Ukrayna ilə həmrəyliyimizi ifadə etdiyimiz üçün bu barədə belə qərara gəlindi. Qalan hər şey bizim müxtəlif rakurslardan etdiyimiz kimi təmtəraqla ediləcək, od yandırmaq və s",- məlumatda bildirilib.

Məlumat üçün bildirək ki, Marneuli Meriyası Novruz bayramı ilə əlaqədar təntənəli şənliyin keçirilməsi üçün 65 min 720 lari dəyərində tender elan edib. Tenderdə Novruz bayramı günü - 21 Mart stendlərin və sərgi meydançalarının qurulması, mətbəxlərin açılması, idman tədbirləri, uşaq attraksionlarının, müxtəlif müğənllilər, rəqqaslar, konsertin və s. keçirilməsi nəzərdə tutulurdu. Bunu da məlumat üçün bildirək ki, Marneuli ən son 2019-cu ildə tən-tənəli Novruz bayramı şənliyi keçirilib.

ŞƏRH YAZ
8