Kaspidə qanlı hadisə - 1 ölü, 1 yaralı
19.09.2020 21:57
451
Kriminal
A
Kaspidə qanlı hadisə - 1 ölü, 1 yaralı
Kaspidə qətl hadisəsi baş verib. Hadisə zamanı bir nəfər öldürülüb, biri isə yaralanıb. Aktual.ge yerli mediaya istinadən xəbər verir ki, öldürülən 38 yaşı şəxs Kareli bələdiyyəsi sakini olub və avtomobilini boyatmaq üçün onu müşaiət edən şəxslə birlikdə Kaspidə yaşayan ustanın yanına gəlib. Bu zaman ustanın evində atışma baş verib və nəticədə bir nəfər ölüb digər bir nəfər isə yaralanıb. Verilən ilkin məlumata əsasən, atəşi açan şəxs əvvəllər də oxşar cinayətə görə məhkum edilib. Hadisə yerində Şida Kartli Polis İdarəsi və Kaspi Bölməsinin mütəxəssis kriminalistləri səfərbər olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin üç maddəsi, 108-ci maddə - qəsdən adam öldürmə, 118-ci maddənin 1-ci hissəsi – başqasını qəstən ağır yaralanma, Odlu silahların alınması, saxlanılması daşınmasını nəzərdə tutan 236 nömrəli maddənin 3-cü hissə ilə istintaq başladılıb.
ŞƏRH YAZ
1