21.09.2020 08:45
354
Siyasət
A
"Azad Gürcüstan" Rustavi və Kvemo Kartlidə majoritar namizədlərini təqdim etdi
Rustavi şəhərində "Azad Gürcüstan" partiyası Rustavi və Kvemo Kartli majoritarlarının namizədliyini təqdim edib. Aktual.ge xəbər verir ki, bu barədə məlumat "Azad Gürcüstan" partiyasının rəsmi veb-saytında yerləşdirilib. Rustavidə Laşa Macaraşvili, Bolnisi, Dmanisi, Tsalka və Tetricğaroda Darecan Petriaşvili, Marneuli və Qardabanidə isə Natalia Qelazonia namizəd olaraq göstərildi. "Azad Gürcüstan" partiyası neoliberal siyasi oyunda iştirak etməyən yeganə siyasi qüvvədir və onun yalnız milli maraqları var" - deyə Kaxa Kukava Rustavidə namizədlərin tədimetmə mərasiminə gələn ttərəfdarlarına müraciətində deyib.
ŞƏRH YAZ
2