GAİM-in təşkilatçılığı ilə Marneulidə futbol turniri başa çatıb
21.09.2020 10:11
193
İdman
A
GAİM-in təşkilatçılığı ilə Marneulidə futbol turniri başa çatıb
Sentyabrın 19-da Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı və maddi dəstəyilə ilə Marneuli rayonu üzrə məktəblilər arasında Azərbaycan futbolunun əfsanəsi, Beynəlxalq dərəcəli hakim, “Qızıl fit” mükafatı laureatı Tofiq Bəhramov və Marneuli futbolunun əfsanəsi, Gürcüstanın gənclərdən ibarət yığma komandasının üzvü Badri Qivianidzenin xatirəsinə həsr olunmuş futbol turnirinin final görüşü baş tutub. Bu barədə Aktual.ge xəbər portalına GAİM-dən məlumat verilib. Məlumata görə, GAİM-in birinci və ikinci komandaları arasında keçirilən oyun öncəsi, yarışların baş hakimi Əhməd İsmayılov hər iki futbol əfsanəsi barədə məlumat verdikdən sonra, Tofiq Bəhramovun və Badri Qivianidzenin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Olduqca maraqlı keçən final görüşü rəqib komandanın qapısından dörd cavabsız qol keçirən birinci komandanın qalibiyyəti ilə başa başa çatıb. Sonra qaliblərə və II-III yerləri tutan komandalara medallar və müxtəlif mükafatlar, daha çox fərqlənən oyunçulara hədiyyələr təqdim olundu. Mükafatları və hədiyyələri GAİM-in icraçı direktoru Rafiq Hümmət, Marneuli Bələdiyyə sədrinin müavini Roman Tabatadze, Qaratəhlə ictimai məktəbinin direktoru Bəhram İsayev təqdim etdilər. Mükafatlandırma mərasimindən sonra çıxış edən R.Tabatadze bütün əməyi keçənlərə, məktəbli futbolçularımıza rayon rəhbərliyi adından təşəkkür etdi və uğurlar dilədi. R. Hümmət də öz növbəsində hər kəsə təşəkkür etməklə bərabər, bu turnirin keçirilməsində böyük əmək sərf edən GAİM-in futbol müəllimi, yarışların baş hakimi Əhməd İsmayılovun adını xüsusi vurğulayaraq, bundən sonra da belə əlamətdar tədbirlərin baş tutmasında öz köməkliklərini əsirgəməyəcəyinə söz verdi. Daha sonra yeniyetmə futbolçularla xatirə şəkilləri çəkildi. Xatırladaq ki, olimpiya sistemi ilə keçirilən turnirdə rayonun 8 komandası iştirak edirdi.
ŞƏRH YAZ
0