Sadaxlı kəndində 200 nəfərlik iftar süfrəsi açılıb - FOTOLAR
30.04.2022 20:30
1779
Din
A
Sadaxlı kəndində 200 nəfərlik iftar süfrəsi açılıb - FOTOLAR

Bu gün Marneuli rayonunun Sadaxlı kəndində Marneuli Sakrebulosu sədrinin müavini Rövşən İskəndərov, "Gürcü Arzusu"nun siyahı üzrə deputatı Ayaz Xudiyev və Sadaxlı kənd bələdiyyəsi sədri Məhəmmədəli Bediyevin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.

Aktual.ge xəbər verir ki, iftar süfrəsində Sadaxlı kəndinin ziyalıları və gəncləri, Marneuli rayonunun meri Kənan Ömərov, Milli Məclis deputatı Zaur Darğallı, Sakrebulo sədrinin müavini Tariyel Məmmədov və digər dövlət nümayəndələri iştirak ediblər.

İftar açılışının əvvəlində Quran-i Kərimdən surə oxunub. Sonra isə Kənan Ömərov və Zaur Darğallı Sadaxlı kənd əhalisini Ramazan ayı münasibətilə təbrik ediblər.

Sakrebulo sədrinin müavini Rövşən İskəndərov qonaqları salamlayaraq onlara bu günki iftar süfrəsində iştirak etdikləri üçün təşəkkür edib.

Kənd deputatı Ayaz Xudiyev öz növbəsində kənd əhalisini Ramazan ayı münasibətilə təbrik edib.

ŞƏRH YAZ
2