Qızılhacılıda bayram namazı qılınıb - FOTO
03.05.2022 11:58
572
Din
A
Qızılhacılıda bayram namazı qılınıb - FOTO

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndindəki Hz.İmam Həsən (ə.s) Məscidində səhər saat 09:00-da Ramazan bayramı namazı qılınıb.

Aktual.ge-nin verdiyi məlumata görə, sözügedən ibadət evinin axundu Məşhədi Fuad İsəyevin imamlığında əda edilən namaza kənd sakinlər və ətraf kəndlərdən müsəlmanlar qatılıb. Din xadimi müsəlmanları Ramazan bayramı münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib.

Fitr bayramı namazından əvvəl ilahiyyatçı Hacı Qurban Murquzov Ramazan ayının başa çatması münasibətilə müsəlmanları təbrik edib və bayramın xüsusiyyətlərindən, eləcə də 11 ayın sultanının bəşəriyyətə bəxş etdiyi faydalardan danışıb.

Namazın ardından müsəlmanlara şirniyyat süfrəsi açılıb.

ŞƏRH YAZ
0