Səfirdən Gürcüstanın müsəlman din xadimlərinə sevindirici xəbər
04.05.2022 09:21
657
Mədəniyyət
A
Səfirdən Gürcüstanın müsəlman din xadimlərinə sevindirici xəbər

Gürcüstanın müsəlman din xadimlərinin Qarabağa səfəri təşkil olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneulidə Ramazan bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, səfirlik səfəri qısa zamanda təşkil etməyi planlaşdırır.

Diplomat deyib ki, Azərbaycana yollanacaq din xadimlərinin işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə dua və ibadət etmək imkanı olacaq və bu ziyarət 30 illik həsrətə son qoyacaq.

ŞƏRH YAZ
2