Rəsmi açıqlama verildi: Bu şəxslərə 1000 lari veriləcək
09.05.2022 10:02
1379
Mədəniyyət
A
Rəsmi açıqlama verildi: Bu şəxslərə 1000 lari veriləcək

Hökumətin sərəncamına əsasən, faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 lari, İkinci Dünya müharibəsində həlak olanların ailə üzvlərinə isə 500 lari veriləcək.

Aktual.ge xəbər portalına Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, müvafiq sərəncamı Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb.

İkinci Dünya Müharibəsi iştirakçılarına və həlak olanların ailələrinə birdəfəlik maddi yardım İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərin Sosial Müdafiəsi, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən verilir.

Qeyd olunub ki, sözügedən məbləğ Tbilisi sakinlərinə şamil olunur.

ŞƏRH YAZ
2