Həcc ziyarətinə getmək istəyən zəvvarların nəzərinə! - Qəbul başladı
11.05.2022 11:41
350
Din
A
Həcc ziyarətinə getmək istəyən zəvvarların nəzərinə! - Qəbul başladı

Bütün Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ) 2022-ci il üçün nəzərdə tutulan Həcc ziyarəti sənədlərinin qəbuluna başlayıb.

Aktual.ge məlumat verir ki, İdarədən bildirilib ki, müraciət edənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Biometrik pasport (minimum etibarlılıq müddəti 2 il və pasportda ən azı 3 boş səhifə olsun);
-Xarici ölkə vətəndaşları pasportla birlikdə Gürcüstan hökumətinin onlara vermiş olduğu müvəqqəti yaşayış sənədi olan şəxsiyyət vəsiqəsini də təqdim etməlidirlər (Müvəqqəti yaşayış sənədinin etibarlılıq müddəti 2022-ci ilin oktyabr ayından əvvəl bitməməlidir);
-3x4 ölçüdə iki ədəd fotoşəkil;
-Aşağıdakı peyvənd növlərini müvafiq dozalarda göstərəcək Covid 19 pasportu;
-Sinovak - Sinopharm 2 dozada; Pfizer - Astrazeneca 2 dozada; Johnson 1 doza;
-Hər bir zəvvar yola düşməzdən əvvəl son 48 saat ərzində keçərli olan PCR testinin mənfi cavabını da təqdim etməlidir.

Həcc ziyarətinin ödəniş haqqı:

Həcc ziyarətinin bir nəfər üçün maddi ödəniş haqqı 4 300 ABŞ dollarıdır ki, bura aşağıdakı xidmətlər daxildir:
-Viza rüsumları;
-İkitərəfli uçuş bileti (25 kq-a qədər baqajla);
-Oteldə yerləşmə (dörd nəfərlik otaq);
-Gündəlik yeməklər;
-Daxili ekskursiyalar (Məkkə və Mədinədə, həm də Məkkədən Mədinəyə);

Sənədlərin qəbulu cari ilin 10 iyun tarixinədək (kvotaların sayı dolana qədər) davam edir.
Həccin müddəti 18-22 gün müddətində nəzərdə tutulmuşdur.

Əlaqə telefonu: 577 622 909, 577 32 30 31

ŞƏRH YAZ
0