17 narkotacir saxlanıldı - Görüntülər heyrətə gətirir (VİDEO)
11.05.2022 15:46
594
Kriminal
A
17 narkotacir saxlanıldı - Görüntülər heyrətə gətirir (VİDEO)

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Baş Prokurorluğ ilə birlikdə son günlər həyata keçirdikləri intensiv kompleks tədbirlər nəticəsində Tbilisi, Poniçala qəsəbəsi, Kutaisi, Acara və Kaxeti bölgəsində narkotik cinayətləri törətdiklərinə görə 14-ü narkotik satıcısı daxil olmaqla 17 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bununla bağlı Mərkəzi Kriminal Polis Departamentinin direktoru Mamuka Çelidze məlumat verib.

Belə ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hakimin qərarı əsasında bir neçə dəfə narkotik vasitələrin qanunsuz satışına görə tutulmuş şəxslərdən müxtəlif növ narkotik vasitələrin alışına nəzarət və bu alışların gizli audio-video çəkilişi həyata keçirilib. Onların şəxsi və yaşayış evlərinə baxış zamanı satış üçün hazırlanmış narkotik vasitələr və narkotik vasitələrin satışından əldə edilən pul maddi sübut kimi götürülüb.

Qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışı ilə məşğul olmaqda ittiham olunan saxlanılanları 20 ilə qədər həbs və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

ŞƏRH YAZ
1