Müxalif lider: İvanişviliyə görə Gürcüstan G7-nin görüşünə dəvət edilməyib
13.05.2022 16:30
122
Siyasət
A
Müxalif lider: İvanişviliyə görə Gürcüstan G7-nin görüşünə dəvət edilməyib

"Gürcüstanın "Böyük Yeddilik"in görüşünə dəvət edilməməsi birbaşa İvanişvili rejiminin satqın, Putinyönlü siyasətinin nəticəsidir".

Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Avropalı Gürcüstan" partiyasının lideri Qiqa Bokeria keçirdiyi brifinqdə deyib.

“Biz hamımız İvanişvili rejiminin illərdir davam edən və təbii olaraq, son vaxtlar ziyanı dərinləşən siyasətini izləyirik. Artıq nəticələrimiz var – Almaniyada “Yeddiliyin” görüşü baş tutdu və bu görüşdə Putinin təcavüzü fonunda cari hadisələr, Qərbin, azad dünyanın reaksiyası, onun bu şər imperiyaya qarşı siyasəti, hamıya yardım göstərilməli idi. Moldovanın xarici işlər naziri də buraya dəvət olunub və kimlər dəvət olunmayıb? Gürcüstan hökuməti dəvət olunmayıb. Bu, təəssüf ki, İvanişvilinin kursunun nəticələrinin tamamilə məntiqi davamıdır. Bu rejimə, Putin Rusiyası ilə azad dünyanın bu qarşıdurmasında azad dünyanın tərəfində olduğuna inam yoxdur. Onların anti-Qərb təbliğatı heç kimə təsirsiz ötüşmür və vətəndaşlarımız başa düşməlidirlər ki, bizim müşahidə etdiyimiz bu tendensiya birbaşa Gürcüstan üçün təhlükədir və başqa sözlə, Putin Rusiyasının Gürcüstana qarşı təcavüzü təhlükəsini artırır. Gürcüstan bu rejimin siyasəti nəticəsində yaxın gələcəkdə zəif qala bilər",-söyləyib Q.Bokeria.

ŞƏRH YAZ
0