13.05.2022 18:55
218
Siyasət
A
"Polşa prezidenti Saakaşvili üçün təyyarə göndərməyə hazırdır"

"Polşa Gürcüstan hakimiyyətinin razılığı ilə Mixail Saakaşvilinin daşınması üçün təyyarə ayırmağa, daha sonra isə onun üçün müvafiq müalicə kursunu təqdim etməyə hazırdır".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania deyib.

Ona müvafiq məlumatı Poşanın Gürcüstan səfirliyində olarkən verildiyini söyləyib.

"Onlar Polşa prezidentinin təyyarəsini göndərməyə, mindirməyə və götürməyə hazırdırlar. Onlar hər şeyə hazırdırlar, onların belə xəstələrin müalicəsində də təcrübələri var", - G.Alasania söyləyib.

ŞƏRH YAZ
1