Türkiyə Suriyanın şimalında 52 terrorçunu zərərsizləşdirib
13.05.2022 18:58
97
Dünya
A
Türkiyə Suriyanın şimalında 52 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında gerçəkləşdirdiyi hərbi əməliyyat nəticəsində 52 terrorçu zərərsizləşdirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölgədəki terrorçuların hədəfləri atəşə tutulmaqda davam edir. Xalqımızın sülh və təhlükəsizliyini təhdid edən istənilən cəhdə eyni cür cavab verməyə davam edəcəyik”, - nazirlik vurğulayıb.

Nazirlik eyni zamanda hərbi əməliyyatların görüntülərini də paylaşıb.

ŞƏRH YAZ
1