
Kateqoriyalar
Əfqanıstanın paytaxtı Kabildə cümə günü məsciddə baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.
Aktual.ge Oxu-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.
Partlayış məsciddə namaz qılanarkən baş verib.
Bölgədə fəaliyyət göstərən ekstremist qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.