14.05.2022 01:27
143
Siyasət
A
"Cənubi Osetiya" separatçıları Rusiyaya birləşmək üçün bu tarixə referendum təyin edib

İyulun 17-də Gürcüstan ərazisindəki separatçı Cənubi Osetiyanın Rusiyaya birləşməsinə dair referendum təyin olunub.

Aktual.ge Apa-ya istinadən xəbər verir ki, bununla bağlı separatçıların hazırkı başçısı Anatoli Bibilov referendum təyin edib.

Müvafiq fərman “Cənubi Osetiya” rəhbərinin saytında dərc olunub.

Bibilovun administrasiyası izah edib ki, “Cənubi Osetiya” Ali Məhkəməsi artıq referendumla bağlı sənədlər paketinə baxıb və müsbət nəticə verib.

ŞƏRH YAZ
5