Tbilisidə azərbaycanlılar üçün pulsuz hüquqi yardım mərkəzi fəaliyyətə başladı
14.05.2022 22:34
209
Siyasət
A
Tbilisidə azərbaycanlılar üçün pulsuz hüquqi yardım mərkəzi fəaliyyətə başladı

Bu gün Tbilisidə "Qanun" hüquqi yardım mərkəzi fəaliyyətə başlayıb.

Aktual.ge məlumat verir ki, sözügedən mərkəzin təsisçisi Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri və Qafqaz beynəlxalq universtetinin hüquq elmləri üzrə doktorantı Əli Bədirovdur. 

O, kameralar qarşısında çıxış edərək mərkəzin gələcək fəaliyyəti barədə məlumat verib.

Daha sonra Ə.Bədirov, tanınmış vəkillər - mülki işlər üzrə Natia Rexviaşvili və Zaur Əskərov, cinayət üzrə hüquqi yardımlarda Levan Caluğelaşvili Mərkəzdə soydaşlarımıza təmənnasız xidmətlər göstərəcəklərini ifadə ediblər.

Onlar bildiriblər ki, mərkəz tərəfindən ay ərzində bir neçə dəfə müxtəlif rayon və kəndlərdə azərbaycanlıların hüquqi problemləri ilə maraqlanacaqlar və onlara hüquqi yardım gərəkərsə bu istiqamətdə təmənnasız köməklik edəcəklər.

Əli Bədirov eləcə də qeyd edib ki, hüquqi yardım mərkəzi olaraq bir sıra donarlara müraciət olunsa da, hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihəyə dəstək üçün müsbət cavab verib.
 

ŞƏRH YAZ
2