Volodimir Zelenski “Avroviziya” ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanladı - VİDEO
15.05.2022 01:39
182
Dünya
A
Volodimir Zelenski “Avroviziya” ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanladı - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara və bütün dünyaya müraciət ünvanlayıb.

Aktual.ge xəbər verir ki, siyasətçi hamını Ukraynanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək “Kaluş” orkestrinə dəstək olmağa çağırıb.

“Çox yaxın dəqiqələrdə “Avroviziya” finalında bütün dünya bizim doğma sözümüzü eşidəcək. İnanıram ki, sonda qələbə olacaq! Avropa, “Kaluş” orkestrinə səs verin: nömrə 12! Bizimkilərə azarkeşlik edirik! Ukraynaya qələbəsinə azarkeşlik edirik!” – Ukraynanın dövlət başçısı öz “Facebook” kanalındakı qısa videomüraciətində söyləyib.

ŞƏRH YAZ
1