Rəşan Ziyadəliyev növbəti dəfə həftənin birincisi seçildi
15.05.2022 19:48
475
Siyasət
A
Rəşan Ziyadəliyev növbəti dəfə həftənin birincisi seçildi

İctimai fəal Rəşan Ziyadəliyev "Formula" telekanalının efirində yayımlanan "Missiya" müsabiqəsində növbəti dəfə həftənin birincisi seçilib.

Aktual.ge xəbər verir ki, o, səslərin 25.78%-ni toplayaraq birinci yerdə qərarlaşıb.

Belə ki, sözgüedən telekanalının efirində yayımlanan "Missiya" müsabiqəsi bir sonrakı həftənin birinciliyi üzrə davam etməkdədir.

Məlumat üçün bildirək ki, təqribən bir aydır davam edən layihədə iştirak edən ictimai fəal gənclər mövcud olan problemlər barədə yarışmada kameralar qarşısında çıxış edirlər və həmin problemləri həll etmək istiqamətində yarışırlar. Müsabiqənin sonunda qalib gələn bir nəfər xaricdə təhsil və təcrübə və ya yerli beynəlxalq təşkilatlarda təcrübə qazanma imkanı əldə edəcık.

Xatırladaq ki, bundan əvvəl ki, bir öncəki həftədə yarışmada iştirak edən R.Ziyadəliyev yarışmanın qalibi seçilmişdi.

ŞƏRH YAZ
1