SON DƏQİQƏ! Nika Qvaramia həbs olundu
16.05.2022 11:02
641
Siyasət
A
SON DƏQİQƏ! Nika Qvaramia həbs olundu

Gürcüstanın müxalif “Mtavari Arxi” televiziya kanalının təsisçisi və direktoru Nika Qvaramiya 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aktual.ge xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

N.Qvaramiya məhkəmə zalında həbs edilib. O, günahsız olduğunu bildirib.

Qeyd edək ki, N.Qvaramiya “Rustavi 2” telekanalının keçmiş baş direktorudur. O, bu teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.

ŞƏRH YAZ
16