17.05.2022 10:53
265
Mədəniyyət
A
"Aktual Məktəb" növbəti jurnalistika kursunu ELAN EDİR

Gürcüstanın Kvemo Kartli bölgəsində təməli ilk dəfə QHT "Aktual Media" tərəfindən qoyulan və "Aktual Media Məktəb" adı altında fəaliyyətə başlayan jurnalistika kursunun növbəti mərhələsi başlayır.

Aktual.ge-nin verdiyi xəbər görə, “Aktual Media”nın tərkibində fəaliyyət göstərən “Aktual Media Məktəb” növbəti jurnalistika kursuna tələbə qəbuluna başlayıb:

3 ay, həftənin şənbə və bazar günləri keçiləcək təlimlər müddətincə kursun iştirakçıları Xəbər Portalı, Televiziya və Sosial Media sahəsində jurnalistikanı öyrənəcək, müxtəlif praktik materialları hazırlayacaqlar və həmin materiallar Aktual.ge xəbər portalı və tərəfdaş medialarda yayınlanacaq.

Kurs müddətincə tələbələr jurnalistikanın təməl prinsipləri başda olmaqla aşağıdakı bilikləri əldə edəcəklər:

•Xəbərlərin yazılması;

•Reportajların hazırlanması;

•Müsahibə alma texnikası və praktikası;

•Onlayn media və sosial medialarla iş;

•Xəbərin obyektivliyi;

•Etika qaydaları;

•Səlis danışıq qabiliyyəti, fikirlərini aydın, qüsursuz ifadə etmək bacarığı;

•Və digər aktual məsələlər.

3 ay 24 məşğələdən ibarət kurs müddətində təlimçilərin verdiyi tapşırıqlar əsasında tələbələr lazımi avadanlıqlarla təmin ediləcək.

Bundan əlavə, kurslarla bərabər bir sıra sahələrin mütəxəssisləri, diplomatlar o cümlədən peşəkar jurnalistlərlə seminar görüşlər keçiriləcək. Ayrıca müxtəlif dövlət qurumlarına, Gürcüstanda akreditə olunmuş diplomatik korpuslara, TV studiolara və mədəniyyət ocaqlarına səfərlər təşkil ediləcək.

Kursun sonunda isə bütün tələbələrə sertfikat təqdim ediləcək, kursu fərqlənmə ilə bitirən iştirakçılar isə işlə təmin olunmalarına maksimum köməklik göstəricilək və tövsiyyə məktubu veriləcək.

Junalistika kursunda iştirak etmək arzusunda olan, jurnalist olmağa maraq göstərən, təhsilli, (xüsusi istedadlılara ali təhsil şərti istisna ola bilər), 30 yaşa qədər olan gənclər öz CV-lərini 10 iyun tarixinə qədər aşağıdakı e-mailə təqdim edə bilərlər:

[email protected]

Qeyd: Kursa qəbul CV-lərin müsabiqəsi yolu ilə seçiləcək.

 

ŞƏRH YAZ
2