Marneulidə 46 yaşlı kişi polis bölməsindən ayrıldıqdan sonra intihar etdi... - İLK TƏFƏRRÜATLAR (FOTO)
18.05.2022 12:56
915
Kriminal
A
Marneulidə 46 yaşlı kişi polis bölməsindən ayrıldıqdan sonra intihar etdi... - İLK TƏFƏRRÜATLAR (FOTO)

Marneuli Bələdiyyəsinin Qaçağan kəndində 46 yaşlı kişi R.B.özünü intihar edib.

Aktual.ge-nin nin verdiyi xəbərə görə, bu ayın 13-də sözügedən şəxs qadına şiddət ittihamı ilə polisə çağrılıb.

Əldə etdiyimiz məlumata görə, o, polis bölməsində həmin qadınla qarşılaşdırılıb və ona qarşı qadın da yuxarıda qeyd olunan ittihamları irəli sürüb.

Məlumat üçün bildirək ki, bu gün 18 may R.B-un dəfn mərasimidir. Burada 46 yaşlı mərhumun yaxınlarından əldə etdiyimiz məlumata əsasən, R.B 15 may tarixində öz anasına deyib ki, ayın 13-də polis bölməsində olmuşam və məni döyüblər.

Anasından əlavə R.B polis bölməsində döyüldüyünü Qaçağan kəndində daha bir neçə nəfərə danışdığı məlum olub.

Yas mərasimində R.B yaxınlarından əldə olunan məlumata görə, 46 yaşlı kişi 16 may tarixində evin zirzəmisində özünü asıb. Bundan əlavə yayılan məlumata görə, o, ruhi xəstəlikdən müalicə alırmış.

Onun yaxınları polis və prokurorluğa artıq şikayət etdiklərini bildiriblər. Onların sözlərinə görə, R.B-ya polis bölməsində fiziki zorakılıq olub və bu hadisə araşdırılmalıdır. Ailə üzvlərinin sözlərinə görə, ruhi xəstə birinin fiziki təzyiqdən sonra intihar etməsi mümkündür.

ŞƏRH YAZ
8