Tbilisidə orta yaşlı kişi intihar edib
Tbilisidə Didube-Çuğureti rayonunda yerləşən “Karvasla” ticarət mərkəzinin yaxınlığında yüksək mərtəbəli binadan bir nəfər özünü atıb.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisənin şahidləri deyib ki, binanın 12-ci mərtəbəsindən özünü atan, 35 yaşlarındakı kişi öncə özünü iplə evin balkonundan asıb, ip qırıldıqdan sonra isə gənc birinci mərtəbənin terasına çırpılıb.
Hadisə yerinə cəlb olunan təcili yardım briqadası kişini yerindəcə ölü tapıb.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.