Türkiyədə Gürcüstan vətəndaşlarının olduğu mirkoavtobus qəza etdi: Ölən və çox sayda yaralı var
18.05.2022 22:31
392
Hadisə
A
Türkiyədə Gürcüstan vətəndaşlarının olduğu mirkoavtobus qəza etdi: Ölən və çox sayda yaralı var

Gürcüstan vətəndaşlarının olduğu avtobus Türkiyədə qəzaya düşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının hökuməti məlumat yayıb.

Bildirilib ki, Trabzon şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hökumət başçısı Tornike Rijvadzenin göstərişinə əsasən Acarıstanın səhiyyə naziri Nino Nijaradaze Türkiyəyə hadisə yerinə yola düşüb.
 

ŞƏRH YAZ
2