Marneulidə orta yaşlı kişinin intiharı ilə bağlı  rəsmi AÇIQLAMA VERİLDİ
19.05.2022 01:21
569
Kriminal
A
Marneulidə orta yaşlı kişinin intiharı ilə bağlı rəsmi AÇIQLAMA VERİLDİ

Marneuli rayonunun Qaçağan kənd sakini R.B. adlı şəxsin intiharı ilə bağlı istintaq tədbrilərinə başlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması istisna edilmir.

Xidmətdən bildirilib ki, işin hallarının müəyyən edilməsi üçün qısa vaxt ərzində bütün prosesual və istintaq tədbirləri həyata keçiriləcək:

“İntiharın baş verdiyi yerə baxış keçirilib, mühüm sübutlar, o cümlədən mərhumun paltarları və ekspertizaya lazım olan nümunələr götürülüb. Bununla yanaşı, həmin şəxsin qardaşı da dindirilib. İntihar etmiş şəxsin ailə üzvlərinin istintaqa cəlbi təmin ediləcək və onların iş üzrə materiallarla tanışlıq imkanı olacaq”.

Məlumat üçün bildirək ki, intihar hadisəsi mayın 16-da Marneulinin Qaçağan kəndində baş verib. İntihar edən şəxs 46 yaşlı R.Bayramovdur. Yaxınları onun intiharında polis əməkdaşlarını günahlandırırlar. 

ŞƏRH YAZ
1