Dünyanın ən yaşlı kişisi məlum oldu
19.05.2022 01:59
373
Maraqlı
A
Dünyanın ən yaşlı kişisi məlum oldu

“Ginnesin Rekordlar Kitabı” 112 yaşlı venesuelalı Xuan Vinsente Moranı dünyanın ən yaşlı kişisi elan edib.

Aktual.ge məlumat verir ki, o, 113 yaşına bir neçə gün qalmış bu titulu alıb.

Mora 27 may 1909-cu ildə on uşaqlı ailədə anadan olub. O, uzun illər əkinçiliklə məşğul olub və 104 yaşında son torpağını satıb. Venesuelalı 1937-ci ildə evlənsə də, həyat yoldaşı 1997-ci ildə vəfat edib. Onun 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötücəsi var.

Məlumat üçün bildirək ki, Mora, sələfi ispaniyalı Saturnino de la Fuente Qarsiyanın yanvarın 18-də 112 yaş 341 gündə vəfat etməsindən sonra dünyanın ən yaşlı kişisi adına layiq görülüb./Oxu

ŞƏRH YAZ
1