19 il sonra Levan Mamaladze ölkəyə qayıtdı - FOTO
19.05.2022 03:16
871
Siyasət
A
19 il sonra Levan Mamaladze ölkəyə qayıtdı - FOTO

19 il sonra Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru Levan Mamaladze Tbilisiyə qayıdıb.

Aktual.ge xəbər verir ki, o, "Qızılgül İnqilabından" sonra Gürcüstanı tərk etmişdi və məhkəmə onu külli miqdarda rüşvət tələb etmə ittihamı ilə 17 il həbs cəzasına məhkum etmişdi.

Yerli mətbuatın yazdığına görə, Levan Mamaladze aministiyaya düşüb və bundan sonra ölkəyə qayıdıb. 

O, Gürcüstana gəliş səbəbinin anasını və qoxumlarını ziyarət etmək olduğunu qeyd edib: "Planlarıma gəlincə, qohumlarımı görməyə gəlmişəm, Gürcüstanda 81 yaşlı anam var"

"Vətənə qayıtdım, 19 il əvvəl buna qərar vermişdim, amma haqsızlıq olduğu üçün geri dönə bilmədim. Amnistiya qərarı Gürcüstan parlamenti tərəfindən verilib, lakin 'Gürcü Arzusu' bunu etməyib. Mən siyasətə girməyə hazırlaşmıram, uzun müddətdir siyasətdəyəm, mühüm vəzifələrdə çalışmışam. İndi siyasətlə də məşğul olacağam",- deyə L.Namaladze "TV Pirveli"yə müsahibəsində deyib.

Məlumat üçün bildirək ki, Kvemo Kartlinin keçmiş qubernatoru Levan Mamaladze "Qızılgül İnqilabından" sonra Gürcüstanı tərk edərək Rusiyaya gedib. Gürcüstan məhkəməsi onu külli miqdarda rüşvət tələb etmə ittihamı ilə 17 il həbs cəzasına məhkum edib.
 

ŞƏRH YAZ
4