Türkiyə xalqı Atatürkü Anma, Gənclik və İdman Gününü qeyd edir - FOTOLAR
19.05.2022 14:03
202
Mədəniyyət
A
Türkiyə xalqı Atatürkü Anma, Gənclik və İdman Gününü qeyd edir - FOTOLAR

Mayın 19-u Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günüdür.

Aktual.ge xəbər verir ki, builki bayram tədbirləri Türkiyənin bütün bölgələrində baş tutacaq.

Qurtuluşa atılan addımın 103-cü ildönümünün ilk tədbiri Mustafa Kamal Atatürkün Anit məqbərəsində keçiriləcək. Türkiyə Gənclik ve İdman naziri Mehmet Muharrem Kasapoğlu nümayəndə heyəti ilə birlikdə mavzoleyi ziyarət edib.

Qeyd edək ki, 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk milli mücadiləni Samsuna çıxışla başlayıb. Ona görə də bu gün yerli vaxtla saat 19:19-da bütün şəhərlərdə evlərin balkon və pəncərələrindən Türkiyənin dövlət himni oxunacaq.

Xatırladaq ki, bu tədbir 1938-ci il 19 may tarixindәn etibarәn milli bayram olaraq qeyd olunur. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Əli Rza oğlu Atatürk 1881-ci il mayın 19-da indiki Yunanıstan ərazisindəki Selaniki şəhərində doğulub. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi - paşa titulu alan Mustafa Kamal 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq edib. Həmin tarix qurtuluşa atılan addım sayılır. O, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisini yaradıb, eyni zamanda məclisin və təşkil etdiyi hökumətin sədri seçilib. Atatürkün təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da “Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" şüarı əsasında Türkiyə Cümhuriyyətini yaradıb. O, 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik edib. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ona Atatürk adı verilib. Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbuldakı Dolmabaxça sarayında vəfat edib.

ŞƏRH YAZ
0